Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2020 14:32
Rumıniyanın paytaxtı Buxarestdə gənclər arasında keçirilməsi nəzərdə tutulan ağır atletika üzrə dünya birinciliyi qeyri-müəyyən müddətə təxirə salınıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İcraiyyə Komitəsi qərar qəbul edib.
Məlumatda bildirilir ki, dünya birinciliyi hazırda dünyada sürətlə yayılmaqda olan koronavirus təhlükəsi səbəbindən təxirə salınıb.
Sözügedən turnirin 14-21 mart tarixlərində keçirilməsi nəzərdə tutulmuşdu. Dünya birinciliyinin nə vaxt baş tutacağı bəlli deyil.