Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bahar Muradova: Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik

Bahar Muradova: Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik

Tarix: 24 May 2019 11:09

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün biz Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik. Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşündə deyib.

B.Muradova deyib ki, Cümhuriyyət qurucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlarını itirməyiblər.

Vitse-spikerin sözlərinə görə, bu insanların irsini qorumaqla yanaşı, müasir Azərbaycan dövlətini də qorumalıyıq.

O qeyd edib ki, Azərbaycanda parlamentarizm ənənələri qədimdən mövcud olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bahar Muradova Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə edirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ