Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2020 13:44
Avro-2020-nin final mərhələsi ilə əlaqədar müxtəlif milli komandaların nümayəndələri Bakıya səfər etməkdədir.
Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, Almaniya milli komandasının meneceri Maike Seuren və komandanın səyahət meneceri Matthias Grimm Bakı Olimpiya Stadionuna, Tofiq Bəhramov adına Respublika stadionuna, həmçinin paytaxtımızdakı otellərə baxış keçiriblər. Almaniyalı qonaqlar AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədovla görüşüb, Avro-2020 barədə fikir mübadiləsi aparıblar.
Niderland milli komandasının da nümayəndələri Bakıya gəlib, Bakı Olimpiya Stadionu ilə tanış olublar. Əməliyyat Qrupu tərəfindən Fan Zona barədə qonaqlara ətraflı məlumat verilib.
Xatırladaq ki, Avro-2020-nin A qrupunda 3 oyun, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşması Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionundakı qrup oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları iştirak edəcək.