Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bu məğlubiyyətin əhəmiyyəti yoxdur” - Setyen

“Bu məğlubiyyətin əhəmiyyəti yoxdur” - Setyen

Tarix: 2 Mart 2020 18:40

"Barselona"nın baş məşqçisi Kike Setyen İspaniya La Liqasının 26-cı turunda "Real"a məğlub olduqları matçdan sonra fikirlərini bildirib.

MillişAz komanda.az-a istinadən xəbər verir ki, Setyen, 0:2 hesabıyla bitən görüşü belə şərh edib:

"Düşünürəm ki, "Barselona" ilk, "Real" isə ikinci hissəni yaxşı keçirdi. İkinci hissədə ötürmələrdə səhvlər etməyə başladıq. "Real"ı qələbə münasibətiylə təbrik etməliyik.

Lionel Messi çox vacib oyunçudur. Ancaq bir futbolçu ilə oynamamalıyıq. Bu gün Messi təkbaşına oyunun nəticəsini dəyişə bilmədi. Bu məğlubiyyətin əhəmiyyəti yoxdur. "Real" bizi bir xal qabaqlayır və hər şey ola bilər".

Milli.Az


Etiketlər:  Bu məğlubiyyətin əhəmiyyəti yoxdur Setyen


RƏYLƏR