Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin xəstəxanasının baş direktorundan əhaliyə müraciət

Karantin xəstəxanasının baş direktorundan əhaliyə müraciət

Tarix: 2 Mart 2020 18:54

Əhali bu tədbirin mahiyyətini başa düşməlidir. Bu, istirahət tədbiri deyil. Bu, əhalinin düşünərək verilmiş bir qərardır. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu karantin xəstəxanasının baş direktoru Emin Hüseyn "REAL TV"yə açıqlamasında deyib.

Emin Hüseyn tövsiyə edib ki, vətəndaşlar kütləvi yerlərdən uzaq olsunlar:

"Həkim kimi əhaliyə məsləhət görərdim ki, mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərdə olmasınlar. Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-birilərindən az təmasda olsunlar. Ki, ehtimal olunan infeksiya yayılmasın. Əhalini təşvişə düşməməyə çağırıram. Bu, sadəcə, qabaqlayıcı tədbirdir".

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə sabahdan martın 10-a qədər bütün tədris müəssisələri bağlı olacaq.


Etiketlər:  Karantin xəstəxanasının baş direktorundan əhaliyə müraciət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ