Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2020 19:00
16 ildir bu sahədəyəm. Deyilməyən yalan sözlər qalmadı. Ayıbdır. İnsanlara məəttəl qalıram. Bir verilişdə mən yoxamsa, niyə müzakirə olunuram?
Sonxeber.net xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Nura Suri deyib.
O, həmkarı Nazim Pişyarinin "Ona qalsa" proqramında işlətdiyi "Nura ilə Kərim məni verilişdən uzaqlaşdırdı" ifadəsinə cavab verib.
O, N.Pişyarinin "Ən yaxşısı" proqramının çəkiliş meydançasından göndərilməsi məsələsinə aydınlıq gətirib:
"İndiyədək bir nəfər də mənə dəstək olmayıb. Hələ mənə nə qədər mane olublar demirəm. Hər işimi pulumla etmişəm. Nazim dəfələrlə ailəmlə bir məclisdə oturub. Onun həyat yoldaşını, ailəsini tanıyıram. Bizim necə ailə olduğumuzu bilir. Verilişdə yoxam, amma adım hallanır. Heç Nazim məni yığıb soruşmayıb ki, belədir, ya yox. Onun Kərimlə problemi var. Kərim səs-küy saldı ki, mən çıxıb gedirəm. Nazimi niyə çağırmısınız? Mən də Mətanət xanıma dedim ki, düzgün deyil. Siz bizə başqa müğənniləri demisiniz. İndi bura Nazimi çağırmısınız, intriqa yaranır. Bunların münasibəti yoxdur, bir verlişdə necə oturacaqlar? Kərimlə Nazimin münasibətinin pis olduğunu da orada öyrənmişəm.
Müğənnilərdən Samir Cavadzadədən başqa heç kimlə sıx və yaxın dostluğumuz olmayıb. Hazırda onunla da münasibətimiz yoxdur. Çalışıram ki, hamıyla məsafə saxlayım. Kimin kiminlə yaxşı və ya pis münasibəti var bilmirəm. Bu, nə deməkdir? Bilmədən danışır ki, prodüser deyir. Prodüser də səhv deyib. Adım niyə hallanmalıdır? Əli Mirəliyev məsələsinin bura nə dəxli var? Artıq söz-söhbət olmasın deyə ildə bir dəfə efirə çıxıram. Müğənnilər bir-birinə söz deməklə özünü gözdən salır. Hazırda Azərbaycanda müğənnilərə qalmaqallarına, təhqirlərinə görə hörmət qoymurlar.
2006-cı ildən həm də aparıcılıq etmişəm. Nazim dəfələlərlə canlı verilişlərimə qonaq olub. Üç kanalda çalışmışam. Bütün müğənnilərə hörmətim oradan bəlli idi. Həmişə qonaqlarımı hörmətlə yola salmışam. Biz özümüzə hörmət qoymasaq, heç kim bizi saymaz. Biri özünü başqasından üstün tutur. Biri üç dənə artıq mahnı oxuyur, üç dənə konsert verir, ad alır, başlayır özünü üstün tutmağa. İnsan sənəti ilə yox, insanlığı ilə şəxsiyyət olur. Mənliyimizi qoruyaq, bir-birimizə qarşı neqativi yığışdıraq. Aparıcılara isə deyirəm ki, bu intriqaları yığışdırın. Bu dövr keçdi artıq. Bugünkü gün "Altın kelebek"ə namizəd olan estrada sahəsi üzrə "Ən parlaq ulduz" nominasiyasında yarışan müğənniyəm, Nazim isə toy müğənnisidir. Onunla nə ədavətim ola bilər? Öz həyatımı yaşayıram, gələn-gedən mənə daş atır. Adımı hallandırır, hərə bir söz deyir".
Qeyd edək ki, N.Pişyari verilişdə bu sözləri işlətmişdi:
"Nura xanımla heç bir ədavətim yoxdur. Ona zamanında dəstək olmuşam. Əli Mirəliyev "Nuranın səsi yoxdur" deyəndə onu müdafiə etmişəm. Mətanət Əliverdiyevanın verilişinə qonaq gəldim. Aparıcı məni elan etməli idi, prodüser yaxınlaşdı ki, sənin Nura ilə nə problemin var? Dedi ki, onlar deyir ki, siz çəkiliş meydançasına girsəniz, onlar gedəcək. Dedim ki, onlarla problemim yoxdur. Yaxşı, Nura, mənim Kərimlə ədavətim var, sənə nə olub? Dünənki cücərtilər mənə meydan oxumaq istəyirlər. Dedilər ki, tək səninlə veriliş edə bilmərik, bizi üzrlü say. Daha sonra paviliyonda başqa veriliş çəkiləcək. Bu, mənə çox pis təsir etdi. Özümü təhqir olunmuş kimi hiss etdim. Dedim ki, dövr dəyişib. Gör kimlərin sözü ilə buradan xaric olunuram. Boynumu büküb, çıxıb getdim. Məndən onlara nəsə çatdırıblarsa, zəng vur. Heç vaxt qadın haqda danışmıram".