Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 12:38
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin bu ilin ikinci yarısında hazır olacağı gözlənilir.
Nazir müavini əməkhaqqının neçə faiz artırılacağını açıqlamayıb.
A.Kərimov bununla bağlı araşdırmaların aparılacağını, bundan sonra artım faizinin müəyyən ediləcəyini söyləyib.