Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırğızıstanda dövlət çevrilişinə cəhd edən 2 nəfər saxlanılıb

Qırğızıstanda dövlət çevrilişinə cəhd edən 2 nəfər saxlanılıb

Tarix: 3 Mart 2020 13:06

Ötən gün Qırğızıstanın paytaxtında baş tutmuş mitinqdən sonra ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) keçirdiyi əməliyyat zamanı çevriliş yolu ilə hakimiyyəti ələ keçirməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.

Sonxeber.net Day.Az-a istinadən xəbər verir ki, bu barədə MTDK rəsmi məlumat yayıb.

Məlumata görə, saxlanılanlardan biri - sabiq millət vəkili Kanıbek Osmanəliyev, həmçinin ötən gün Bişkekdə mitinqin təşkil etməkdə şübhəli bilinib.

Qeyd edək ki, martın 2-də Bişkekdə mitinq keçirilib. Mitinq zamanı hüquq-mühafizə orqanları əməkdaşları ilə mitinq iştirakçıları arasında qarşıdurma baş verib. Qarşıdurma zamanı 24-ü milis əməkdaşı olmaqla 27 nəfər xəsarət alıb.

Mitinqdən sonra paytaxt milis idarəsinə 166 nəfər gətirilib, onlardan 162 nəfər müvafiq söhbətdən sonra sərbəst buraxılıb.


Etiketlər:  Qırğızıstanda dövlət çevrilişinə cəhd edən nəfər saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ