Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Koronavirusun quşlara keçmə riski var'' - Baş infeksionist

''Koronavirusun quşlara keçmə riski var'' - Baş infeksionist

Tarix: 3 Mart 2020 14:06

Koronavirus ilk olaraq heyvandan insana keçib. İnsan orqanizmində mutasiyaya uğrayaraq, digərlərinə yoluxub.

Sonxeber.net xəbər verir ki, bu barədə modern.az-a danışan Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib ki, hazırda xəstəlyin yayılma mənbəyi insandır:

"Hər adam heyvanla təmasda deyil, ona görə virusun heyvanlardan insana keçmə riski aşağıdır. Amma yaxın təmas olduqda insandan insana çox sürətlə keçir. Hazırda respirator virus infeksiyalarının əsas mənbəyi insandır".

Baş infeksionist ev heyvanlarının virusa yoluxma ehtimalını da dəyərləndirib:

"Koronavirusun əvvəllər öyrənilən 4 növünə görə virus mənbəyi it, pişik, inək, qoyun, keçi və s. olub. İndiki "Covid-19" koronavirusun yarasadan keçdiyi bildirilir. Amma bu sahədə bilgilərimiz az olduğu üçün araşdırmalar aparılmalıdır. İndiki halda virusun quşlara keçmə riski də ehtimal olunur".


Etiketlər:  Koronavirusun quşlara keçmə riski Baş infeksionist


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ