Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Birinci divizionun bir oyunu təxirə salındı

Birinci divizionun bir oyunu təxirə salındı

Tarix: 3 Mart 2020 14:16

Azərbaycan birinci divizionun 18-cu turunda martın 6-ı keçirilməli plan "Turan Tovuz" - MOİK oyunu təxirə salınıb.

Qol.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmrinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədi ilə hərbi qulluqçuların və mülki işçilərin xidmət etdikləri  və çalışdıqları hərbi hissə və müəssisələrdən ezamiyyətə getmələri müvəqqəti  olaraq dayandırılıb. Buna görə də MOİK klubunun rəhbərliyi bu gün Peşəkar Futbol Liqasına müraciət edərək, 6 mart 2020-ci ildə keçirilməli olan “Turan Tovuz” – MOİK görüşünün təxirə salınmasını xahiş edib. PFL rəhbərliyi müraciəti rəhbər tutaraq, qeyd olunan oyunu təxirə salıb.

Görüşün  vaxtı və yeri ilə  bağlı yaxın günlərdə məlumat veriləcəyi vurğulanıb.

 


Etiketlər:  Birinci divizionun oyunu təxirə salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ