Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Velosipedçimiz Tokio-2020 üçün daha 3 lisenziya xalı qazanıb (FOTO)

Velosipedçimiz Tokio-2020 üçün daha 3 lisenziya xalı qazanıb (FOTO)

Tarix: 24 May 2019 14:00

Bakı. Trend:

Ukraynanın Çabanı şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Çabanı Turu” keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda Azərbaycanın Elit yığmasının 2 üzvü – Ukraynanın və Belarusun “Lvov” və “Minsk” kontinental klublarının velosipedçiləri Elçin Əsədovla Samir Cəbrayılov da mübarizə aparıb.

133 km məsafəni 3 saat, 20 dəqiqə, 27 saniyəyə qət edən Elçin Əsədov finiş xəttini 10-cu keçib və bununla da ölkəmizin reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 3 lisenziya xalı qazandırıb. Yeri gəlmişkən, Elçin həm də şərəfini qoruduğu “Lvov” komandasının yarışda iştirak edən üzvləri içərisində ən yüksək nəticə göstərib. “Minsk” klubunun heyətində çıxış edən Samir Cəbrayılova gəlincə, o 17-ci olub.

Diqqətçəkən daha bir məqam starta çıxan 89 iştirakçıdan yalnız 39-nun finişə çata bilməsidir. Qarşıdakı günlərdə velosipedçilərimizi Ukraynada keçiriləcək və Olimpiadaya lisenziya xalları verəcək 1.2 kateqoriyalı daha 3 yarış gözləyir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Velosipedçimiz Tokio 2020 üçün daha lisenziya xalı qazanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ