Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 17:58
Azərbaycanın genişmiqyaslı hərbi təlimləri Ermənistanda ciddi narahatlığa səbəb olub.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, tanınmış erməni hərbi mütəxəssisi Van Ambartsumyan jurnalistlərlə söhbətində Ermənistan Silahlı Qüvvələrini əks balans tədbiri kimi bir nömrəli döyüş hazırlığı səviyyəsinə gətirməyə çağırıb.
V.Ambartsumyan Azərbaycan Ordusunun hərbi təlimlərini səfərbərlik kimi xarakterizə edib.
Onun sözlərinə görə, Ermənistan ordusunun bu cür hazırlığı vacibdir, çünki "Azərbaycan öz hərəkətlərində həmişə sürprizlərə üstünlük verib və Ermənistan onlara cavab verməyə hazır olmalıdır".
"Ermənistan rəhbərliyinin bilməsi vacibdir ki, hər hansı bir müharibə ehtiyatların səfərbərliyindən başlayır və bu təlimlər zamanı da Azərbaycan ciddi şəkildə gizlədərək ehtiyatda olanları da səfərbər edib. Həmçinin uzaqmənzilli silahlar, məsələn reaktiv yaylım atəş sistemi (RYAS) Polonez də cəlb olunub"-deyə "Novosti Armeniya" Ambartsumyandan sitat gətirib.
Hərbi ekspert Ermənistan cəmiyyətini milli həmrəyliyə çağırıb və qeyd edib ki, ölkə hakimiyyəti planlaşdırılan referendumu təxirə salmalıdır.
Xatırladaq ki, dünəndən Azərbaycanda genişmiqyaslı komanda-qərargah təlimləri başlayıb. Təlimlər martın 6-dək davam edəcək.