Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

1000 manat alanın maaşından bu qədər vergi tutulacaq

1000 manat alanın maaşından bu qədər vergi tutulacaq

Tarix: 27 Oktyabr 2025 09:52

Son günlər Vergilər Məcəlləsinə təklif olunan dəyişikliklər, xüsusilə də özəl sektorda 2500 manata qədər maaşlara 3 faiz vergi tətbiqi geniş müzakirə olunur.

Sonxeber.net xəbər verir ki, iqtisadçı-ekspert Eyyub Kərimli məsələyə münasibət bildirib.

Ekspert bəzi KİV-lərdə 1000 manat maaş alan şəxslərdən 30 manat vergi tutulacağı ilə bağlı yayılan məlumatların doğru olmadığını deyib. Onun sözlərinə görə, dəyişiklik Vergilər Məcəlləsinin 102.1.6 maddəsinin yenidən tətbiqini nəzərdə tutur.

"Bu maddəyə əsasən, fiziki şəxslərin gəlirlərinin 200 manatadək hissəsi vergidən azaddır. Yəni, 1000 manat maaş alan şəxs 30 deyil, 24 manat vergi ödəyəcək. Hesablama belə aparılır: 1000 manat - 200 manat = 800 manat × 3% = 24 manat. Bu, ödəniləcək verginin 6 manat azalmasına imkan verir. 2500 manat maaş alan şəxs isə 75 deyil, 69 manat vergi ödəyəcək", - deyə Kərimli qeyd edib.


Etiketlər:  1000 manat alanın maaşından qədər vergi tutulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ