Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kiminsə ərini bölüşdürə bilmirsiz'' - Afaq Bəşirqızından tənqid

''Kiminsə ərini bölüşdürə bilmirsiz'' - Afaq Bəşirqızından tənqid

Tarix: 3 Mart 2020 18:36

Ağılla yaşasan, həyat komediya yox, faciədir. Hisslərlə yaşamaq lazımdır. Amma hiss də adamı aldadır.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Söhbət var" verilişində deyib. Aktrisa proqramda qonaq olan müğənni Xatun Əliyevanın parodiyalarına münasibət bildirib. İfaçı bir çox həmkarının parodiyaya görə ondan incidiyini söyləyib.

A.Bəşirqızı isə həmin ifaçıların ünvanına tənqidlər səsləndirib: 

"Özün kimi qal. Bir çoxları fəxr etməlidir ki, onları parodiya edirsən. İnciyənlərə demək istəyirəm: Deyəsən, yeriniz kimi xasiyyətiniz də səhv düşüb. Harada ciddi oturmaq, harada gülməq lazımdır yadınızdan çıxıb. Ona görə də həyatın müəyyən qanunlarını başa düşmürsüz.

Ancaq qeybət edib, xətrə dəyməyi bacarırsız. Kiminsə ərini bölüşdürə bilmirsiz. Bütün bunlar böyük faciədir. Amma parodiya edəndə, xoş halda yada salanda qəbul etmirsiz. Sənətkarı sənətkar yada salır, burada nə var?" 


Etiketlər:  Kiminsə ərini bölüşdürə bilmirsiz Afaq Bəşirqızından tənqid


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ