Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 19:15
ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı aşıq Zülfiyyə və oğlu Babək Quluzadə olub.
Sonxeber.net bildirir ki, aşıq Zülfiyyə gəlinlə oğluna yeni ev almağının əsas səbəbindən danışıb:
"Bəzi insanlar deyir ki, bir uşaq idi, nə oldu, yola getmədiz ayrıldız? Açarın səsi gələn kimi gəlinim tez qaçıb qolugödək geyimin üstünə jaket geyinirdi. Yoldaşım evdə köynəklə gəzir, çox abırlı adamdır.
Görürdüm ki, hər ikisi əziyyət çəkir. Mənə nə var? Mən də, Babək də açıq-saçıq, rahat adamlarıq. Yoldaşım və gəlinimiz də həddindən artıq qapalıdır. Ona görə fikirləşdim ki, qoy sərbəst olsunlar".