Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 20:08
“Barselona”nın sabiq kapitanı Xavi Hernandes Kataloniya klubunu çalışdıracağı haqda xəbərlərə növbəti dəfə münasibət bildirib.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hazırda "Əl Sədd"in baş məşqçisi olan keçmiş yarımmüdafiəçi belə bir arzusunun olduğunu, ancaq bunun nə vaxt baş verəcəyini bilmədəyini deyib:
“Bilmirəm, ancaq hədəfim gələcəkdə “Barseona”nı çalışdırmaqdır. Bu, xəyaldır və ümid edirəm ki, gercəkləşəcək. Bu, yayda baş verəcək, ya sonra, bilmirəm. Ancaq bilin ki, bu, məni də maraqlandırır”.
Qeyd edək ki, uzun illər "Barselona"nın kapitanı olmuş Xavi 2000-2014-cü illərdə bu komandada 767 oyuna çıxıb.