Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 20:32
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsinə yenidən baxıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, FED uçot dərəcəsini 0,5% bəndi azaldıb və 1-1,25% səviyyəsində saxlayıb.
Məlumatda bildirilir ki, ABŞ iqtisadiyyatı güclüdür. Lakin koronavirus yeni risklərin artmasına zəmin yaradıb. Bu səbəbdən də FED uçot dərəcəsinin 0,5% bəndi aşağı salınmasına qərar verib.
Xatırladaq ki, indiyədək dünyada koronavirusa yoluxanların sayı 92 275-ə çatıb. Bunların 48 451 nəfəri sağalıb, 3 131 nəfəri isə ölüb.