Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 22:56
Feysbuk koronavirusun müalicəsini vəd edən reklamları blok etməyə başlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, sosial şəbəkə koronavirus üçün müalicə təklif edən reklamları platformadan kənarlaşdırıb.
"Koronavirusla bağlı reklamların qadağan olunması ilə əlaqədar siyasəti yürüdürük. Bənzər tələblər şəbəkədəki satış məntəqələrinə qarşı da tətbiq olunur", - deyə Feysbukun mətbuat katibi bildirib.
Qeyd edək ki, sosial şəbəkə bununla dezinformasiyaya qarşı təbliğatı aparmağa çalışır.