Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səsli mesajlardan pul qazanmaq olacaq: Facebook yeni tətbiq üzərində çalışır

Səsli mesajlardan pul qazanmaq olacaq: Facebook yeni tətbiq üzərində çalışır

Tarix: 3 Mart 2020 23:12

Facebook şirkəti sosial şəbəkə istifadəçiləri üçün Pronunciations adlı tətbiqin işə salınmasını planlaşdırır. Həmin tətbiq vasitəsilə istifadəçilər öz səs yazılarını yarada biləcəklər. Bu barədə Vc.ru sayt xəbər verib. Sosial şəbəkə rəhbərliyi bu yeniliyi istifadəçilərin icazəsi olmadan onların danışıqlarının dinlənilməsi məsələsində Google, Apple və Microsoft şirkətlərinə qarşı olan sərt ittihamlar ilə əlaqələndirir.

Qeyd etmək lazımdır ki, Facebook tərəfindən istifadəyə veriləcək yeni tətbiq vasitəsilə pul qazanmaq üçün bir sıra şərtlərə əməl etmək lazım gələcək. Belə ki, istifadəçi öz dostlarının adlarını söyləməklə (hər ad 2 dəfə təkrar olunmalıdır) 10 ədəd səsli mesaj yazmalıdır və nəticədə alınmış 20 səsli mesajı tətbiqə yükləməlidir. Daha sonra əgər səsli mesajlar hələ məlum olmayan kriteriyalara uyğun olsalar, onlar viewpoints adlı virtual valyuta ilə qiymətləndiriləcəklər.

Hal hazırda məlumdur ki, 1000 viewpoints valyutası 5$-a bərabərdir. Səsli mesajlar vasitəsilə yaşı 18-dən yuxarı və sosial şəbəkə hesabında dost sayı 75-i keçmiş amerikalı şəxslər pul qazana biləcəklər. Facebook öz növbəsində söz verib ki, həmin səsli mesajlar istifadəçilərin sosial şəbəkə hesablarına aid olmayacaqlar və nitqin avtomatik təyini sisteminin təkmilləşdirilməsində istifadə olunacaqlar.


Etiketlər:  Səsli mesajlardan qazanmaq olacaq Facebook yeni tətbiq üzərində çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ