Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 07:00
Son illərdə dünyanın düz formada olduğunu iddia edənlərin sayı artmaqda davam edir. Braziliya bu ideyanı müdafiə edən ölkələr sırasında ön yerdədir.
Sonxeber.net xəbər verir ki, Braziliyanın araşdırma şirkəti Datafolhaya görə, dünyanın düz olduğuna inanan vətəndaşların sayı 11 milyondan çoxdur. Bu isə əhalinin 7%-ni təşkil edir.
Datafolhanın araşdırmasına görə, Yerin düz olduğuna inanan braziliyalıların əksəriyyətini kişilər təşkil edir. Xüsusilə, protestant və katoliklər bu iddianı müdafiə edənlər arasında ön plandadır.
Düz dünya iddiasını müdafiə edənlər Yerin kosmosdan çəkilən fotolarına inanmır və NASA-nı saxtakarlıqda ittiham edirlər.
San-Paulo Universitetinin astronomu Roberto Kosta məsələ ilə bağlı verdiyi açıqlamada bu fikirlərə yer verib: "Yerin 17-ci əsrin əvvəllərindən bu yana düz olmadığını bilirik. Hətta qədim yunanlar 2000 il əvvəl bunu anlayıb. Düz dünya iddiası elm adamlarından daha çox psixoloq və sosioloqların işləyəcəyi mövzu olmalıdır. Dünyanın hansı formada olduğu astronomlar üçün elmi problem deyil".
Qeyd edək ki, Yerin düz olduğunu sübut etmək üçün özünün istehsal etdiyi raketlə kosmosa getmək cəhdi Mayk Hyuza həyatı bahasına başa gəlmişdi. (publika.az)