Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 14:14
Tailandda dövlət qulluqçularının xaricə səfərləri məhdudlaşdırılıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bundan başqa, məmurlar koronavirusun daha çox yayıldığı ölkələrdən qayıdarkən 14 günlük icbari karantinə yerləşdirilməlidir.
Qərara əsasən, hökumətin daha təhlükəli hesab etdiyi ölkələrə xidməti səfərlər tamamilə dayandırılır.
Hazırda ən təhlükəli ölkələr sırasına Çin, Cənubi Koreya, Yaponiya, İran, İtaliya, Almaniya, Sinqapur, Fransa daxil edilib.
Qeyd edək ki, bu günədək Tailandda 43 nəfər koronavirusa yoluxub, onlardan 31 nəfəri sağalıb.