Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda məşhur göydələnə də maska taxdılar - VİDEO

İranda məşhur göydələnə də maska taxdılar - VİDEO

Tarix: 4 Mart 2020 19:44

İranlı videorəssam Həmid Ebrahimniyə ölkənin məşhur göydələninə də koronavirus əleyhinə maska taxıb.

Sonxeber.net Day.Az-a istinadən xəbər verir ki, önun Instagram səhifəsində yerləşdirilən videoda iki vertolyotun böyük bir qoruyucu maskanı İranın ən hündür göydələni Borce Milada (435 metr) taxdığı təsvir olunub.

Hazırladığı videoya isə rəssam yazdığı şərhdə qeyd edib ki, bu çarxla doğma şəhərinin koronavirusa qarşı birgə mübarizəsini simvolik əks etdirməyə, virusa yoluxmuş həmvətənlərinin əhval-ruhiyyələrini yüksəltməyə çalışıb.

Qeyd edək ki, son məlumata görə, İranda koronavirusa yoluxanların sayı 1500 nəfərdən çox olub, ölənlərin sayı isə 70-i keçib.

Xatırladaq ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 60-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 90 minə çatıb, 3 mindən çox nəfər ölüb.


Etiketlər:  İranda məşhur göydələnə maska taxdılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ