Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 08:52
İstanbuldan Sinqapura uçan Türk Hava Yollarına məxsus təyyarədə sərnişinlərin birində koronavirus tapılıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Sinqapurun Səhiyyə Nazirliyi açıqlama yayıb. Sərnişinlərdən birinin koronavirus analizinin nəticələri pozitiv çıxıb. Bu səbəbdən TK55 laynerinin digər sərnişinləri karantin altına alınıb. Məsələ ilə bağlı Türkiyənin Sinqapurdakı səfirliyi xəbərdar edilib.
Qeyd edək ki, indiyədək Sinqapurda 110 nəfərdə koronavirus tapılıb.