Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 13:20
13:17
Qaxda 24 yaşlı Orucova Əfsanə Rüfət qızı "Net" təmizləyici vasitəsini ehtiyatsızlıqdan içdiyini qeyd edib.
Sonxeber.net Oxu.az-a istinadən bildirir ki, həmin ailə münaqişəli ailə kimi polis şöbəsində qeydiyyatda olmayıb.
Hazırda məlumatlar toplanıb, prokurorluğa göndərilib.
---------
09:34
Qaxda yenicə ailə quran qadın özünü zəhərləyib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Turaclı kəndində baş verib. 1996-cı il təvəllüdlü kənd sakini Orucova Əfsanə Rüfət qızı "Net" təmizləyici vasitəsini içib. O, dərhal yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsində Ə.Orucovaya yardım göstərilib. Hal-hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Ə.Orucovanın həmin yuyucu vasitəni hansı səbəbdən içdiyi hələlik məlum deyil.
Qeyd edək ki, Ə.Orucova 2-3 ay əvvəl ailə həyatı qurub.