Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhiyyə Nazirliyində koronavirusla bağlı müşavirə keçirildi

Səhiyyə Nazirliyində koronavirusla bağlı müşavirə keçirildi

Tarix: 5 Mart 2020 10:16

Martın 4-də Səhiyyə Nazirliyində geniş müşavirə keçirilib.

Sonxeber.net xəbər verir ki, Nazirlər Kabineti yanında operativ Qərargahdan Trend-ə verilən məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin müvafiq strukturlarının rəhbər və əməkdaşları iştirak ediblər.

Müşavirədə qeyd edilib ki, epidemiya təhlükəsinə qarşı tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla, birgə səylərlə davam etdirilməlidir.

Koronavirusla mübarizə sahəsində keçirilən müşavirədə xəstələrin müalicə və profilaktikası məsələlərinin səmərəli təşkili, eləcə də əks-epidemik tədbirlərin səmərəliliyinin daha da artırılması istiqamətində işlərin gedişi müzakirə olunub.

Ölkədə kifayət qədər test ehtiyatının olduğu vurğulanıb və ehtiyac yarandığı təqdirdə ölkəyə gətirilməsi imkanları müzakirə edilib.

Müşavirədə xarici ölkələrdən gələn vətəndaşların yoxlanılması, və yoxlamaya cəlb edilmək üçün səbəb ola bilən əlamətlərin siyahısı müəyyənləşdirilib.


Etiketlər:  Səhiyyə Nazirliyində koronavirusla bağlı müşavirə keçirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ