Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 17:54
"Arsenal"ın zədəli futbolçusu Lukas Torreyra tibbi müayinədən keçib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin sağ ayaq biləyində qırıq aşkarlanıb. Onun bərpa müddətinin yaxın vaxtlarda müəyyənləşəcəyi vurğulanıb.
Qeyd edək ki, L.Torreyra İngiltərə kubokunun 1/8 final mərhələsində "Portsmut"la matçın 16-cı dəqiqəsində zədələnib.
Xatırladaq ki, L.Torreyra bu mövsüm 33 matçda oynayıb.