Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 18:10
"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne İngiltərə Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Şeffild Uensdey"lə oynanılan matçda (1:0) meydana çıxmayıb.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Quardiola görüşdən sonra belçikalı futbolçunun niyə oynamadığına aydınlıq gətirib:
"Kevinin çiynində problem var. Ona görə də bu gün oynamağa hazır deyildi. O, "Aston Villa" ilə görüşün sonlarında zədə aldı".
Katalon mütəxəssisin sözlərinə görə, Kevinin Mançester derbisində iştirakı sual altındadı:
"Kevinin hansı müddətə sıradan çıxdığını dəqiq bilmirik. Ümid edirik ki, tezliklə yaşıl meydanlara qayıdacaq. Onun "Mançester Yunayted"lə oyuna yetişib-yetişməyəcəyini də bilmirəm".
"Mançester Yunayted" - "Mançester Siti" oyunu bazar günü keçiriləcək.