Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərxoş rəfiqələri koronavirusa yoluxma təhlükəsindən KARANTİNƏ APARDILAR

Sərxoş rəfiqələri koronavirusa yoluxma təhlükəsindən KARANTİNƏ APARDILAR

Tarix: 6 Mart 2020 03:32

Kambocaya səyahətindən qayıdan iki gənc qadın stüardessadan dərman istədikləri üçün karantinaya yerləşdiriliblər.

Sonxeber.net xəbər verir ki, 26 yaşlı Culia Valentin rəfiqəsi Dina ilə birlikdə Kambocaya tətilə gediblər. Londonda yaşayan iki rəfiqə Sinqapurda spirtli içki qəbul ediblər. Sinqapur hava limanında bir gün gecələdiklərinin səhərisi gün Londona qayıtmaq üçün təyyarəyə miniblər. Qızlar içkili olduğu üçün stüardessadan dərman istəyiblər. Lakin dərman əvəzinə rəfiqələrə maska verilərək, xüsusi geyimli həkimlər tərəfindən hava limanının karantina binasına aparılıblar. Əslən isveçli Culia korona virusa yoluxmadıqlarını sadəcə içkili olub gecə az yatdıqları üçün ağrı kəsici istədiklərini deyib. Həkimlər isə gənc qızın dediklərinə inanmayaraq, onların hər ikisini də 14 gün müddətində nəzarətdə saxlayacaqlar. Hələ də karantində qalan qızlar bu hadisədən ailələrinin xəbər tutmasını istəmirlər. (ölkə.az)


Etiketlər:  Sərxoş rəfiqələri koronavirusa yoluxma təhlükəsindən KARANTİNƏ APARDILAR


RƏYLƏR