Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Tarix: 6 Mart 2020 14:50

Nəsimi rayonu 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, məhdudlaşma mart ayının 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər tətbiq olunacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bununla əlaqədar yarana biləcək müvəqqəti narahatlığa görə agentlik vətəndaşlardan üzr istəyir.


Etiketlər:  Bakının küçəsində hərəkət məhdudlaşdırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ