Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur qapıçı karyerasını bərpa etdi

Məşhur qapıçı karyerasını bərpa etdi

Tarix: 6 Mart 2020 14:58

ABŞ millisinin sabiq qapıçısı Tim Hovard karyerasını bərpa edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ötən ilin oktyabrında karyerasını bitirən 40 yaşlı qolkiper ABŞ-ın II Liqasında (USL) mübarizə aparan "Memfis 901" ilə müqavilə bağlayıb. Bu barədə kubun saytı məlumat yayıb. Müqavilə müddəti açıqlanmayıb.

Hovard həm də klubun səhmlərinin bir hissəsinə malikdir. O, eyni zamanda, klubun idman direktoru olacaq.

Qeyd edək ki, amerikalı qapıçı Avropada "Mançester Yunayted" və "Everton" klublarında da çıxış edib. O, ABŞ yığmasında 121 oyun keçirib.

Milli.Az


Etiketlər:  Məşhur qapıçı karyerasını bərpa etdi


RƏYLƏR