Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatının gənclər arasında komanda hesabı ilə qaliblərin mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatının gənclər arasında komanda hesabı ilə qaliblərin mükafatlandırma mərasimi keçirilib (FOTO)

Tarix: 24 May 2019 20:20

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının gənclər arasında komanda hesabı ilə qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, komanda hesabı üzrə qaliblər 5 ən yaxşı çıxışa görə müəyyən edilib.

Kürsünün yuxarı pilləsinə Rusiyanın gənclər komandası çıxıb. İkinci yerdə Rumıniya, üçüncü yerdə isə Macarıstan komandaları qərarlaşıb.

Qaliblərə mükafatları Avrop Gimnastika İttifaqının (UEG) aerobika gimnastikası üzrə texniki komitəsinin rəhbəri Mariya Kristina Kazentini, UEG-in aerobika gimnastikası üzrə texniki komitəsinin üzvü Alina Draqan, Azərbaycan Gimnastika Federasiyasının meneceri Mehman Əliyev təqdim edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatının gənclər arasında komanda hesabı ilə qaliblərin mükafatlandırma mərasimi keçirilib FOTO


RƏYLƏR