Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2020 19:34
Şirvan şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 96 m² olan mənzilin mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 6 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.