Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2020 20:24
"Avrovision-2020" Beynəlxalq Mahnı Festivalı bu il onlayn-formatda keçirilə bilər, çünki koronavirus kimi sürətlə yayılan epidemiya ilə zarafat etmək olmaz.
Sonxeber.net Day.Az-a istinadən xəbər verir ki, belə bir fikirlə rusiyalı prodüser İosif Priqojin çıxış edib.
Daha öncə mahnı festivalının təşkilatçılarının koronavirusla bağlı müxtəlif mümkün ssenarilər üzərində işlədikləri barədə xəbərlər yayılmışdı. Lakin bu məsələ ilə bağlı təşkilatçılar tərəfində hələ rəsmi qərar olmayıb.
Qeyd edək ki, "Avrovision-2020" mayın 12-16-da Rotterdamda keçirilməlidir.
Xatırladaq edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 70-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 3 mini keçib.