Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 18:38
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 20-ci turunda "Sumqayıt" üzərində 5:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:
- Bu hesab bizim üçün də gözlənilməz oldu. "Sumqayıt"ın heyətində yaxşı futbolçular var. Çox təhlükəli komandadır. Həftə ərzində nəyin üstündə hazırlaşmışdıqsa, bu gün futbolçularım onu da göstərdi. Bu da bizi sevindirməyə bilməz.
- "Neftçi" ilə ötən ev oyununda azarkeşlər sizi istefaya səsləmişdi. O şüarlar sanki komandanızı silkələyib.
- Açığı, o istefa şüarlarını normal qarşıladıq. Nəticə olmayanda, azarkeşlərin o cür şüarlar qışqırması normaldır.
-Deyirsiniz ki, həmin hadisənin təsiri olmadı.
- Olmadı. Əvvəldən bilirdik ki, qış fasiləsindən sonra bizə bir az çətin olacaq. İki aparıcı futbolçumuz komandanı tərk elədi və yeni gələnlər adaptasiya prosesi keçdiyi üçün istədiyimiz nəticələri qazana bilmirdik. Vaxt keçdikcə, nəticələrimiz düzəlir. Mən əvvəl də demişəm ki, bu komanda futbol oynamağı bacarır, potensialı var və daha artığını etməyə qadirdir (sportinfo.az).