Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 19:21
Son zamanlar yaranan koronavirus təhlükəsi ilə bağlı səhiyyə təşkilatları və mütəxəssislər viruslardan qorunmaq yolları barədə vaxtaşırı olaraq maarifləndirici məlumatlar paylaşırlar.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi iş yerində sağlamlığı necə qorumaq lazım olduğu barədə sosial şəbəkədə əsas qaydaları yerləşdirib.
Sonxeber.net həmin qaydaları təqdim edir:
Əllərinizi tez-tez yuyun
Öskürərkən və asqırarkən ağız və burnunuzu kağız dəsmal və ya dirsək bükümünüzlə bağlayın
Kağız dəsmalı zibil qabına tullayın və dərhal əllərinizi yuyun