Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ali təhsildə eksternat təhsilalma forması ləğv edilib

Ali təhsildə eksternat təhsilalma forması ləğv edilib

Tarix: 7 Mart 2020 20:24

Ali təhsilin bakalavriat səviyyəsində sərbəst (eksternat) təhsilalma forması ləğv edilib.

Milli.Az bildirir ki, Nazirlər Kabineti bununla əlaqədar "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"nda müvafiq dəyişiklik edib.

Dəyişkilik dəyişiklik əyani təhsildə "fulltime" (əyani formasının tədrisə tam cəlb olunma) və "parttime" (tədrisə qismən cəlb olunma) formalarının tətbiq olunacağı ilə bağlıdır.

Qeyd edək ki, sərbəst (eksternat) təhsil müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması olub.

Milli.Az


Etiketlər:  təhsildə eksternat təhsilalma forması ləğv edilib


RƏYLƏR