Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli professor: ''Koronovirusdan qorunmağın əsas yolu tez-tez yuyunmaqdır''

Türkiyəli professor: ''Koronovirusdan qorunmağın əsas yolu tez-tez yuyunmaqdır''

Tarix: 7 Mart 2020 21:12

"Koronovirus hazırda dünyada ən vacib xəstəliklərindən birinə çevrilib. Bu xəstəlikdən qorunmaq üçün ən əsas vasitə tez-tez yuyunmaqdır".

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu Türkiyənin Acıbadəm Universitetinin Atakənd xəstəxanasının uşaq qastroenteroloji, hepotologiya və düzgün qidalanma üzrə mütəxəssis, professor Vildan Ertekin bildirib.

Onun sözlərinə görə, uşaqları virusdan qorumağın ən əsas şərti ana südüdür: "Uşaqlara 2 yaşına qədər mütləq ana südü verilməlidir. Bir damcı ana südü belə, uşaqlar üçün dərman kimidir. Ona görə 6 ay körpəyə yalnız ana südü, 6 ayından 2 yaşına qədər isə əlavə qida ilə birgə yenə də ana südü verilməlidir. Yuxarı yaşlı uşaqları da insanların çox olduğu yerdən uzaq tutmaq lazımdır. Ancaq əgər uşaq hava limanı kimi adamların çox olduğu getməyə məcburdusa valideyn mütləq uşağa qoruyucu maska taxmalıdır. Uşaqların əli tez-tez yuyulmalı və sağlıqlı qidalarla qidalandırılmalıdır".


Etiketlər:  Türkiyəli professor Koronovirusdan qorunmağın əsas yolu yuyunmaqdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ