Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 21:57
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində etdiyi paylaşımda autizm sindromlu uşaqlara 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərinə görə minnətdarlığını bildirdi.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:
"Beynəlxalq Qadınlar Günü münasibətilə autizm sindromlu uşaqlar tərəfindən sevgi ilə hazırlanmış videoçarx mənə xoş, isti, işıqlı duyğular yaşatdı. Bu uşaqların simasında mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram, hər birinə möhkəm cansağlığı, uzun ömür, xoşbəxt gələcək arzulayıram!"