Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Gimnastika Arenasında yarışlar həmişə mükəmməl təşkil olunur - t amaşaçı

Milli Gimnastika Arenasında yarışlar həmişə mükəmməl təşkil olunur - t amaşaçı

Tarix: 8 Mart 2020 00:04

Milli Gimnastika Arenasında yarışlar həmişə mükəmməl təşkil olunur.

BSonxeber.net bildirir ki, bunu Trend-ə ilk Kişi idman gimnastikası üzrə AGF Junior Trophy beynəlxalq turnirin tamaşaçısı Gülnarə Dəmirova deyib.

G.Dəmirova bildirib ki, oğlu Ramin Dəmirov turnirin iştirakçısıdır:

"Oğlum on bir ildir ki gimnastika ilə məşğuldur. Onu idmana qoymaq yoldaşımın təşəbbüsüdür, çünki uşağın aktiv olaraq böyüdüyünü və bacarığının olduğunu görürdü. Deyə bilərəm ki, gimnastlarımız üçün əla şərait yaradılıb ki, idmanla məşğul olsunlar, məşq etsinlər və seçdikləri işdə uğur qazansınlar".

Hər zaman Milli Gimnastika Arenasında keçirilən tədbirlərə gələn G.Dəmirova burada yarışların hər zaman yüksək səviyyədə keçirildiyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edir.

Anar Həsənov və Rəsul Əhmədzadə fərdi çoxnövçülükdə, Ağakazım Rüstəmov sərbəst hərəkətlərdə və dəstəli at üzərində hərəkətlərdə, Mənsum Səfərov sərbəstə hərəkətlərdə, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə, Ramin Dəmirov dəstəli at üzərində, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə çıxış edəcək.

Yarışda, həmçinin azərbaycanlı gimnast Səməd Məmmədli müsabiqədən kənar olaraq iştirak edir.


Etiketlər:  Milli Gimnastika Arenasında yarışlar həmişə mükəmməl təşkil olunur amaşaçı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ