Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 19:12
Twitterin rəhbəri Jack Dorsey şirkətdəki vəzifəsindən kənarlaşdırıla bilər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Elliott Management fondu Jack Dorseyin vəzifəsindən getməsindən sonra şirkətdə bir sıra dəyişikliklər etməyi planlaşdırır.
İngiltərənin Guardian qəzetinin məlumatına görə, həm Twitter, həm də Square şirkətinin rəhbəri olan Dorseyin işindən ayrılmasına səbəb kimi zəif fəaliyyəti göstərilir. Məhz buna görə də, Jack Dorsey son günlər şirkət rəsmilərinin əsas tənqid hədəfi idi.
Qeyd edək ki, Twitter rəhbərliyinin dəyişdirilməsi üçün hərəkətə keçən Elliott Management fondunun şirkətdən aldığı payın miqdarı hələ də açıqlanmayıb.