Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu günün HAVASI paytaxtda yağmursuz, rayonlarda isə...

Bu günün HAVASI paytaxtda yağmursuz, rayonlarda isə...

Tarix: 25 May 2019 09:28

Bakı. Trend:

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında bu gün havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında 23-28, Bakıda gecə 26-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bu gün havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aranda 28-33, dağlarda 16-21 dərəcə isti təşkil edəcək.


Etiketlər:  Bu günün HAVASI paytaxtda yağmursuz rayonlarda isə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ