Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 21:08
Rusiya Federasiyasına qarşı xarici ölkələr tərəfindən kiberhücum təhlükəsi mövcuddur.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya mütəmadi olaraq, informasiya hücumlarına məruz qalır, bu isə fövqəladə hadisələr zamanı vəziyyəti daha da çətinləşdirir: "Demək olar ki, ölkədə baş verən hər bir fövqəladə vəziyyət zamanı, bu kimi hücum və ya hücumlarla qarşılaşırıq".
D.Peskov qeyd edib ki, sözügedən kiberhücumlar xarici ölkələr tərəfindən aparılır.
Qeyd edək ki, mart ayının 2-də Moskvada koronavirusun yayılması haqqında xəbər verilmişdi. Ölkə rəsmiləri xəbəri təkzib edərək, məlumatın hakerlər tərəfindən yayıldığını bildirdilər.