Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəqibi ilə toqquşan futbolçu öldü

Rəqibi ilə toqquşan futbolçu öldü

Tarix: 9 Mart 2020 17:08

Nigeriya çempionatının son turunda keçirilən  "Nasarava" - "Katsina Yunayted" matçında faciə baş verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, oyun zamanı meydan sahiblərinin futbolçusu Çieme Martins rəqiblə toqquşaraq yerə yıxılıb.

Onu əvəz edərək xəstəxanaya çatdırmağa çalışıblar. Ancaq stadionda olan təcili tibbi yardım maşını işə düşməyib. Futbolçunu arenada olan media əməkdaşının avtomobili ilə xəstəxanaya aparıblar. Ancaq oyunçunun həyatını xilas etmək mümkün olmayıb.

"Nasarava" klubunun üzvləri komanda yoldaşlarının ölüm xəbəri ilə bağlı hakimin final fitindən dərhal sonra məlumatlandırılıblar. Faciədən xəbər tutan futbolçular meydanda ağlamağa başlayıblar.

Milli.Az


Etiketlər:  Rəqibi ilə toqquşan futbolçu öldü


RƏYLƏR