Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÇL-də ilk 1/4 finalçılar müəyyənləşir - Yenilənir

ÇL-də ilk 1/4 finalçılar müəyyənləşir -  Yenilənir

Tarix: 10 Mart 2020 08:02

Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start veriləcək.

Qol.az xəbər verir ki, keçiriləcək iki oyunlar ilk 1/4 finalçılar bəlli olacaq. "Valensiya" "Mestalya"da "Atalanta"nı qəbul edəcək. İtaliyadakı görüşdə rəqibini 4:1 hesabı ilə məğllub edən "Atalanta" növbəti mərhələ üçün yaxşı şans qazanıb.

Günün digər matçında isə "Tottenhem" "Leyptsiq"in qonağı olacaq. Londonda 0:1 hesabı ilə uduzan Joze Mourinyonun komandası növbəti mərhələyə yüksəlmək üçün Almaniya səfərində mütləq qələbə qazanmalıdır.


10 mart

Çempionlar Liqası

1/8 final, cavab oyunları

00:00. “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya)
İlk oyun – 1:4
Baş hakim:
Ovidiu Alin Hateqan (Rumıniya)
Valensiya. “Mestalya” stadionu

00:00. “Leyptsiq” (Almaniya) – “Tottenhem” (İngiltərə)
İlk oyun – 1:0

Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Leypsiq. “RB Arena”

11 mart

00:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)
İlk oyun – 1:2
Baş hakim:
Entoni Taylor (İngiltərə)
Paris. “Park de Prens”

00:00. “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya)
İlk oyun – 0:1
Baş hakim:
Danni Makkeli (Niderland)
Liverpul. “Enfild Roud”

 


Etiketlər:  finalçılar müəyyənləşir Yenilənir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR