Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abubakarı millidən uzaq salan Eto'Odur? - Şok iddia

Abubakarı millidən uzaq salan Eto'Odur? - Şok iddia

Tarix: 11 Dekabr 2025 15:40

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'O ilə bağlı şok iddia ortaya çıxıb.

QOL.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Xəbərdə qeyd edilib ki, "Neftçi"nin futbolçusu Vinsent Abubakarın Kamerun millisinə çağırılmaması Samuel Eto'Onun göstərişinə əsasən olub. Ötən illərin ulduz futbolçusunun millidəki qol rekordunun yenilənməməsi üçün bu addımı atdığı bildirilir.

Eto'O Kamerun millisində 118 oyun keçirib və 56 qol vurub, Aboubakar isə 117 matçda 45 qola imza atıb. Eto'Onun Abubakarla bağlı qərarının kamerunlu futbol azarkeşlərini təəccübləndirdiyi bildirilir.

Xatırladaq ki, Abubakardan başqa, “Trabzonspor”da icarə əsasında çıxış edən “Mançester Yunayted”in qapıçısı Andre Onana da millidən kənarda qalıb. Onlar Afrika Millətlər Kuboku üçün Kamerun millisinə çağırılmayıb.


Etiketlər:  Abubakarı millidən uzaq salan EtoOdur Şok iddia


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ