Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tutanhamonun tabutu Qahirəyə aparılacaq

Tutanhamonun tabutu Qahirəyə aparılacaq

Tarix: 10 Mart 2020 08:38

Bu ilin mayında məşhur Misir fironu Tutanhamonun "lənətlənmiş" tabutunun 3345 ildən sonra öz yerindən Qahirəyə - açılışı gözlənilən Böyük Misir Muzeyinə aparılacağı xəbəri Luksor vilayətinin sakinləri arasında qorxu yaradıb. 1922-ci ildə Fironlar Vadisində yerləşən bu sərdabada sarkofaqı açan altı nəfər arxeoloqun və arxeoloji ekspedisiyanın təşkilatçısı Lord Karnarvonun sirli ölümü dünyanın ən mənhus tabutu haqqında əfsanələr yaradıb. Sərdabədə olan qiymətli artifaktların dünyanı dolaşdığı məlumdur, lakin fironun tabutu minilliklər boyu öz yerində qalıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Qədim Misir tədqiqatçısı Əhməd Rabiyə Məhəmməd "The Sun" nəşrinə müsahibəsində Tutanhamonun tabutunun Qahirəyə aparılmasının Luksor sakinlərini məyus edəcəyini deyib. Onun sözlərinə görə, bundan sonra Fironlar Vadisi öz şöhrətini xeyli itirəcək. Lakin Böyük Misir Muzeyinin baş arxeoloqu Əltayib Abbas onunla razılaşmır və iddia edir ki, Qədim Misirin ən böyük abidələrinin paytaxt muzeyinə köçürülməsi turizmin inkişafı və ölkənin mədəni irsinin təbliği baxımından daha məqsədəuyğundur.
Qeyd olunub ki, son iki ay ərzində fironların və əyanların 36 tabutu Luksordan Qahirəyə aparılıb.


Etiketlər:  Tutanhamonun tabutu Qahirəyə aparılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ