Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş nazirin müavini: Güclü ordu, xalqın iradəsi və Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün əminlik yaradır

Baş nazirin müavini: Güclü ordu, xalqın iradəsi və Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün əminlik yaradır

Tarix: 25 May 2019 13:06

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın güclü ordusu, xalqımızın iradəsi və Prezidentimizin qətiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün bizdə əminlik yaradır.

Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov 28 May- Respublika günü münasibətilə keçirilən tədbirdə deyib.

Ə.Əhmədov bildirib ki, bizim yeganə problemimiz Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğal altında olmasıdır:

“Azərbaycan müharibə tərəfdarı deyil. Danışıqlar yolu ilə münaqişənin nəticələrinin aradan qaldırılmasına üstünlük verir. Hesab edirik ki, hələ bu istiqamətdə imkanlar mövcuddur. Bu imkanlardan axıra qədər də istifadə etmək lazımdır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Baş nazirin müavini Güclü ordu xalqın iradəsi Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün əminlik yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ