Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 18:08
Azərbaycan Premyer Liqasının növbəti iki turunun oyunları azarkeşsiz keçiriləcək.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, kronavirusun yayılma təhlükəsini nəzərə alan qurum martın 14-15-də keçiriləcək XXI və martın 21-22-də təşkil olunacaq XXII turun görüşlərinin boş tribunlar önündə keçirilməsini məqsədəuyğun sayıb.
III dövrənin son turu çərçivəsində martın 14-də “Qarabağ” – “Qəbələ” və “Sabah” – “Keşlə”, ertəsi gün “Sumqayıt” – “Səbail” və “Neftçi” – “Zirə” matçları keçiriləcək.
IV dövrə isə martın 21-dəki “Zirə” – “Sumqayıt” və “Səbail” – “Keşlə” qarşılaşmaları ilə başlayacaq. Ertəsi gün “Neftçi” – “Qarabağ” və “Qəbələ” – “Sabah” matçları tamaşaçısız keçiriləcək.
Qeyd edək ki, I divizionun da oyunlar azarkeşsiz olacaq.