Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqamızın oyunları da azarkeşsiz keçiriləcək - PFL qərar verdi

Premyer Liqamızın oyunları da azarkeşsiz keçiriləcək -  PFL qərar verdi

Tarix: 10 Mart 2020 18:08

Azərbaycan Premyer Liqasının növbəti iki turunun oyunları azarkeşsiz keçiriləcək.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, kronavirusun yayılma təhlükəsini nəzərə alan qurum martın 14-15-də keçiriləcək XXI və martın 21-22-də təşkil olunacaq XXII turun görüşlərinin boş tribunlar önündə keçirilməsini məqsədəuyğun sayıb.

III dövrənin son turu çərçivəsində martın 14-də “Qarabağ” – “Qəbələ” və “Sabah” – “Keşlə”, ertəsi gün “Sumqayıt” – “Səbail” və “Neftçi” – “Zirə” matçları keçiriləcək.

IV dövrə isə martın 21-dəki “Zirə” – “Sumqayıt” və “Səbail” – “Keşlə” qarşılaşmaları ilə başlayacaq. Ertəsi gün “Neftçi” – “Qarabağ” və “Qəbələ” – “Sabah” matçları tamaşaçısız keçiriləcək.

Qeyd edək ki, I divizionun da oyunlar azarkeşsiz olacaq.

 


Etiketlər:  Premyer Liqamızın oyunları azarkeşsiz keçiriləcək qərar verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ