Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 20:48
"Çelsi" daha bir transferini reallaşdırıb.
Qol.az xəbər verir ki, London klubu 16 yaşlı finlandiyalı yarımmüdafiəçi Cimi Tauryaynenin keçidini həll edib. Bununla bağlı gənc futbolçu şəxsi İnstagram səhifəsində paylaşım edib.
"HJK Helsinki"nin futbolçusu İyul ayında artıq "Çelsi"nin düşərgəsinə qoşulacaq. Müqavilənin müddəti və ödənilən məbləğ hələlik açıqlanmayıb.
Qeyd edək ki, futbolçu ilə İtaliyanın "Yuventus" və Milan "İnter"i də maraqlanırdı.